Məktəbliləri telefondan necə uzaq tutaq? – Ekspertdən TƏKLİF

Məktəbliləri telefondan necə uzaq tutaq? – Ekspertdən TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Texnologiya və sosial şəbəkələr uşaqlarımızın həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bu onların diqqətini dağıdır, mənfi təsirlərə məruz qalma ehtimalını artırır və təhsilə olan marağını azaldır. Buna görə də, məktəblərdə və evdə şagirdlərin telefonlardan və sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq lazımdır.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı təhsil eksperti Kamran Əsədov təkliflər irəli sürüb. O bildirib ki, məktəblilər mümkün qədər texnologiya, telefondan uzaq tutulmalıdır:

“Təklif edirəm ki:
* Dərs zamanı telefonlardan istifadəyə tam qadağa qoyulmalıdır.
* Valideynlər evdə sosial media istifadəsini nəzarətə götürməli və vaxt limiti tətbiq etməlidir.
* Şagirdlər asudə vaxtlarını kitab oxumağa, idmana və digər faydalı fəaliyyətlərə yönəltməlidirlər.

Şagirdlərin sağlam zehni inkişafı üçün onları real həyatın dəyərləri ilə tanış etməli və texnologiyanın deyil, bilik və bacarıqların önəmini aşılamalıyıq. Unutmayaq ki, gələcəyimiz onların əlindədir!”.

Nigar