Son vaxtlar orta məktəb dərsliklərində aşkarlanan qüsurların sayı demək olar ki, tükənmir. Bu dəfə 10-cu sinif Azərbaycan Tarixi kitabında Babilər hərəkatı bölməsində üsyan rəhbəri olan xanımın dərslikdə asılmış vəziyyətdə şəkli diqqətimizi cəlb etdi.
Son vaxtlar orta məktəb dərsliklərində aşkarlanan qüsurların sayı demək olar ki, tükənmir. Bu dəfə 10-cu sinif Azərbaycan Tarixi kitabında Babilər hərəkatı bölməsində üsyan rəhbəri olan xanımın dərslikdə asılmış vəziyyətdə şəkli diqqətimizi cəlb etdi.
Təhsil eksperti Kamran Əsədov araşdırması nəticəsində ortalığa çıxan şəkilə münasibətini TİA.AZ-a belə bildirdi: “Məktəblilərimizə bu şəkil nəyi xatırlada bilər?Bu nə dərəcədə doğrudur? Bu şagirdlərə asılmış qadın şəkli ilə nə demək istəyirik? Özünüzü belə asın?”
Azərbaycan Respublikasının Əməkdar müəllimi Almaz Həsrət TİA.AZ-a bildirdi ki, belə şəkil dərslikdə qətiyyən verilməməlidir: “ Bu cinayəti açıq-aşkar göstərir . Orta məktəb dərsliklərində müasir tələblər çox diqqətlə nəzərə alınmalıdır. Müasir tələblər odur ki, məlum standartlara uyğun yazılmış dərsliklər şagidlərin bilik qazanması ilə yanaşı, onları həyata hazırlayan bir vasitə kimi olmalıdır. Həyati bacarığın ilkin formalaşması ailədən başlanmasına baxmayaraq, sonradan övladlarımızın təhsil müddətində əllərinə aldığı dəsliklərdəki, məzmun və şəkillərdir. Dərsliklərdə uşaqlara milli kimliyimiz olan Ana dilimizə-Azərbaycan dilinə xüsusi diqqət yetirilməlidiir. Sonra isə dərsliklərdə yer alan görüntülərə. Qəti surətdə zorakılıq və qəddarlığı açıq-aşkar göstərilən görüntülərin dərsliklərdə yer almasına yol vermək olmaz. Onsuz da internet əsridir və bu əsrdə indiki məktəblilər istər-istəməz yad məlumat və gərəksiz görüntüləri oxuyurlar, görürlər”.
Ekspertin fikrincə, dərslik dövlət vəsaitidir, onun üçün də qəti surətdə uyğunsuz görüntülərin qarşısı alınmalıdır: “Dərslikdə gedən hər hansı bir görüntü, əgər orada intihar səhnəsini açıq şəkildə göstərilirsə, bu halda iradəcə hələ tam formalaşmayan şagirdlərdə mənfi düşüncənin yaranmasına gətirib çıxara bilər. Bu cür görüntülər şagirdlərimizin psixologiyasının pozulması hallarına da gətirib çıxarır.
Dərslik yazılarkən, onun ekspertizasında iştirak edən eskpertlər belə halları nəzərə almalıdırlar. Təəssüf hissi ilə bildirirəm ki, bəzi hallarda dərslikləri ekspertizadan keçirən ekspert adlanan müəllim heyəti, dərsliyi yazan müəlliflərdən nəzəri bilgi və metodika cəhətcə çox geri qalırlar. Məhz bəzən də müəllif tərəfindən gözdən qaçan qüsurları həmin zəif ekspertlər vaxtında görə bilmirlər. Nəticədə ekspertlərin səthi bilikllərinin səviyyələrinə uyğun dərsliklər qüsurla çapa verilir. Əgər dərslikləri yoxlayan ekspertlər həm bilik, həm də yaradıcı cəhətcə güclü olsalar, o zaman dərsliklərimizdə qüsurlar heç olmaz. Dərsliklərin ekspertləri öz üzərlərində çox çalışmalıdırlar. Hər adam dərslik eksperti ola bilməz. Bunun nəticəsidir ki, dərsliklərimizdə hələ də nöqsanlar qalmaqdadır”.
Təhsil eksperti Məlahət Mürşüdlü də şəkilə öz münasibətini bildirdi: “Rəsmi böyütdüm və baxdım. Çox uğursuz bir rəsmdir. Bu rəsmin Zərrintacla , o dövrlə heç bir əlaqəsi yoxdur. Geyim, duruş , baxışlar əsla şagirdlərə bu qəhrəman qadının obrazını təssəvvürlərində yaratmaq imkanı vermir. Belə rəsmlərlə müəllif və ya rəssam şagirdlərə nəyi təlqin etdikləri anlaşılmazdır. Motiv nədir,məlum deyildir”.
Psixoloq Xədicə Həbibullayeva bildirdi ki, bunun dərslikdə olunması yolverilməzdi: “Bu şəkil Sovet vaxtının uşaqlarına daha pis təsir edərdi. İndiki uşaqlara da təsir edə bilər, ancaq çox da inanmıram. Bir də uşaq həssasdırsa və ya depressiyadadırsa təsiri mümkündür. Uşaqların baxdıqları cizgi filmləri və kompyuter oyunları daha çox özünü öldürməyə sövq edir. Buna “mavi balina” oyununu misal çəkmək olar”.
İlahə