Bu gündən məktəblilərin payız tətili başlayır. Şagirdlər bu gündən etibarən 21 noyabr tarixinədək tətilə çıxır.
Tribunainfo.az yazır ki, təhsil eksperti Elçin Əfəndiyev bu tətil günlərinin hansı formada dəyərləndirilməsi ilə bağlı fikir bildirib. O qeyd edib ki, uşaqlar tətildən səmərəli istifadə etməlidir:
“Uşaqlara yığıb bir sürü materialı yükləmək lazım deyil. Fikrimcə, ev tapşırıqları ya ümumiyyətlə yığışdırılmalı, ya da ayda bir və ya iki dəfə verilməlidir.
Rastlaşdığım aşağıdakı məqam çox utancverici və acınacaqlıdır: 2-ci sinif şagirdi ev tapşırıqlarının həlli üçün repetitor yanına gedir”.