Nəsimi məktəbliləri üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşalara baxışları təşkil edilib.
Nəsimi məktəbliləri üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşalara baxışları təşkil edilib.
İH-dən TİA.AZ-a daxil olan xəbərə görə, Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filminin pulsuz nümayişi təşkil olunub. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 500 nəfər yeniyetmə iştirak edib. Seans zamanı uşaqlara pulsuz meyvə şirəsi və popkorn verilib. Tədbirdə iştirak edən uşaqlardan ad gününu bu gün qeyd edən uşaqlara hədiyyələr təqdim edilib.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunub, dövlət tərəfindən uşaqların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılıb.