Məktəblilər arasında yoluxucu xəstəliklər artır… Tədbir görən yoxdur – Pediatr

Məktəblilər arasında yoluxucu xəstəliklər artır… Tədbir görən yoxdur – Pediatr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövsümi infeksiyalarla yanaşı suçiçəyi, skarlatina, göyöskürək, qızılca kimi yoluxucu xəstəkilər də yayılıb uşaqlar arasında. İnfeksiyaları cilovlamaq lazımdı. Təəssüf ki, heç kim bu məsələyə əl atmır.

Bu sözləri Tribunainfo.az-a pediatr Vaqif Qarayev deyib. O bildirib ki, panika yaratmaq fikri yoxdur, ancaq bu infeksiyaların yoluxdurucu dövrü var və bu nəzərə alınmalıdır:

“Uşaq sağalmamış məktəbə göndərirlər ki, dərs qaldı, KSQ, BSQ yazmalıdır. Başa düşüləndir. Ancaq uşaq tam sağalmamış kontakt olmaz. Sadə dillə desək, uşaq özünə gəlməlidir. Ancaq uşaq düzəlməmiş dərsə gedib yeni virusa yoluxur.
Çətin vəziyyət yaranıb, nə yol göstərən var, nə tədbir görən”.