İcra başçısının məktəbliyə zorakılıq edən sabiq müavini bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.
XALQ.AZ-ın məlumatına görə, 2023-cü ildə Lənkəran şəhər icra başçısının müavini vəzifəsindən azad edilən Rasilə Arifqızının Lənkəran rayonu üzrə yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyini irəli sürülüb.
Xatırladaq ki, Rasilə Arifqızının şəhər 4 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq edilməsi ilə bağlı cinayət işi açılmışdı. İttihama görə, o, 2022-ci il iyulun 14-də attestat verilməsini bəhanə edərək xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirmişdi. Yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərmiş, həmçinin bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdi.