Məktəbli formalarını dövlət versin – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəbliləri dərsliklərlə, məktəbli forması ilə dövlət özü təmin etməlidir. Bu yükü valideynlərin üzərinə yıxmaq olmaz. 

Məktəbliləri dərsliklərlə, məktəbli forması ilə dövlət özü təmin etməlidir. Bu yükü valideynlərin üzərinə yıxmaq olmaz.

TİA.AZ xəbər verir ki, bu fikirlərlə millət vəkili Fazil Mustafa şəxsi Feysbuk hesabında çıxış edib.

Deputatın sözlərinə görə, dövlət özü vətəndaşlarının oxumasına maraqlı olmalıdır:

“Təəssüf ki, Azərbaycanda bu məsələlər valideynin üzərinə bir yük kimi qoyulur. Təhsil elə bir məsələdir ki, burada işə əl qoyulması ölkənin yaşıllaşdırılmasına bənzəyir. Yəni su verməyəcəksənsə, ağaclar solacaq və ekoloji fəlakət baş verəcək”.

F.Mustafa qeyd edib ki, hansı sahədən xərclər azaldılsa da, mədəniyyət və təhsil sahəsindən bunu azaltmaq olmaz:

“Bu sahədə yük valideynin üzərinə qoyulmamalıdır. Dövlətimiz bu məsələdə daha fərqli bir siyasət yürüdərək, vətəndaşların təhsillə bağlı sıxıntılarını ortadan qaldırmalıdır”.

Qeyd edək ki, yeni tədris ili astanasında vahid məktəbli formalarının qiymətində artım qeydə alınır. Bakı Tikiş Evinin rəhbərliyi bildirir ki, bahalaşmaya səbəb məktəbli formalarının tikilməsində istifadə olunan materialların Türkiyədən dollarla alınmasıdır.

İLAHƏ