Yeni dərs ilinin başlanmasına az qalıb. Nazir keçirdiyi mətbuat konfransında bir çox əhəmiyyətli məsələyə toxundu. Ancaq məktəbli çantasına qoyulan lazımsız vəsaitlər barədə yenə də danışılmadı.
Tribunainfo.az yazır ki, bu fikirlərlə pediatr Vaqif Qarayev çıxış edib. O bildirib ki, ağır çanta məktəblinin əsas problemidir və illərdir həll edilmədən qalır:
“Hörmətli nazirimiz açıqlamalar verib. Mətbuatda daha çox mobil telefonların qadağası və rusdillilərin azərbaycanca danışa bilməməsi vurğulanır. Ancaq çanta probleminə yenə toxunulmur. Lazımsız köməkçi vəsaitləri uşaqlar zəif çiyinlərində niyə daşımalıdır? Azyaşlıların ağır çanta problemi sonradan aradan qaldırılması çətin olan onurğa probleminə səbəb olur. Təəssüf ki, proqramın ağırlığına da toxunulmur. Azyaşlıları bu qədər yormaq düzgün deyil. Bu problemlər aradan qaldırılmalıdır”.