MƏKTƏBLƏRDƏ ZƏLZƏLƏ TƏLİMLƏRİ KEÇİRİLMƏLİDİR – EKOLOQDAN TƏKLİF

MƏKTƏBLƏRDƏ ZƏLZƏLƏ TƏLİMLƏRİ KEÇİRİLMƏLİDİR – EKOLOQDAN TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər saatları da Paytaxtda hiss edilən zəlzələ bir daha bəzi məsələləri aktuallaşdırır. Xüsusilə məktəb direktorları bilməlidir ki, məktəblərdə “daim kilidli” olan qapılar olmamalıdır. Bütün qapılar işləməlidir, amıq olmaldır.

Tribunainfo.az yazır ki, bu barədə ekoloq Rövşən Abbasov bildirib. O qeyd edib ki, aşağı siniflər daha aşağı mərtəbələrdə yerləşməlidir

“Xüsusilə birinci və ikinci siniflərin birbaşa çölə çıxışı olmalıdır. Dəhlizdən çıxış, əgər imkan varsa, olmamalıdır. Liftdən istifadə etmək olmaz.
Zələzələ ilə bağlı daimi məşqlər və təlimatlar olmalıdır. Məktəb binasında struktur və qeyri-struktur təhlükəsizliklər daim təftiş edilməlidir”.

Ekoloq qeyd edib ki, siniflərdə şkaflar divara bərkidilməlidir:

“Şkafların üzərində ağır əşyalar olmamalıdır. Tavandan asılan çıraqların möhkəmliyi yoxlanılmalıdır. Çölə çıxan uşaqlar öz yoldaşlarını axtarmalıdır və tapa bilmədikləri yoldaşları haqqında məktəb müdiriyyətinə dərhal xəbər verməlidirlər”.