Məktəblərdə tənəffüs vaxtı uzadılır? – Nazir açıqladıbackend

Məktəblərdə tənəffüs vaxtı uzadılır? – Nazir açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə tənəffüs vaxtlarının artırılması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.

Tribunainfo.az-ın məlumatına görə, nazir keçirdiyi brifinqdə qeyd edib ki, məsələ barədə təkliflərə baxıla bilər:

“Bu barədə məktəb rəhbərliyi ilə valideynlər qərara gələ bilərlər. Direktor fikirləşsə ki, bu məsələni tənzimləmək olar, o zaman bununla bağlı məsələyə baxıla bilər”.
Nazir bildirib ki, məktəblərdə tənəffüslərin qısa olması isə ikinövbəli məktəblərdə şagirdlərin orada qalma müddətinin uzanmaması üçündür.