Fransa 15 yaşdan kiçik uşaqlar üçün məktəbdə mobil telefon qadağasını sınaqdan keçirəcək.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, ölkə üzrə 200-ə yaxın ümumtəhsil məktəbi sınaqda iştirak edəcək və bu sınaqda şagirdlər məktəbə gələndə telefonlarını təhvil verməli olacaqlar.
Bu proqram 2018-ci ildə qəbul edilmiş qanunu bir addım daha irəli aparır.
Təhsil naziri Nikol Belloubet açıqlamasında bu qadağanın məqsədinin gənclərə “rəqəmsal fasilə” vermək olduğunu bildirib.