MƏKTƏBLƏRDƏ PULSUZ QİDALANMA OLACAQ? TƏHSİL EKSPERTİ AÇIQLADI

MƏKTƏBLƏRDƏ PULSUZ QİDALANMA OLACAQ? TƏHSİL EKSPERTİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin iclasında deputat İltizam Yusifov təklif edib ki, kiçik siniflərin şagirdləri və aztəminatlı ailələrin uşaqlarının məktəblərdə qidalanması dövlət hesabına həyata keçirilsin və buna nəzarət təmin olunsun.
Təkliflə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti İlham Əhmədov bildirdi ki, hər bir sosial dövlətdə bu məsələlər hökmən nəzərə alınmalıdır. Amma bu təklifin reallaşacağına ümidim azdır.
“Nəzarətin olması isə xüsusi ilə mühümdür. Əks halda ayrılan vəsaitlər səmərəsiz xərclənəcək, məktəblilər ac qalacaq. İndi dövlətə məxsus uşaq bağçalarında uşaqların qidalanmasında olan problemlər, eyni ilə kiçik yaşlı məktəblilərin qidalanmasında da özünü göstərəcək. Əksər məmurların məqsədi sanki, xalqa xidmət yox, büdcə vəsaitlərini 100 hiylə ilə çapmaqdır. Təhsil xərclərinə biznes nəzəri ilə baxıb, büdcə vəsaitlərini mənimsəmək halları çoxdur”.