Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli məktəbin hasarı intensiv yağan yağış nəticəsində aşıb.
Tribunainfo.az xəbər verir ki, məktəbin hasarı yola aşıb. Daş hasar həm yolu bağlayıb , həm də iki avtomobili yararsız hala salıb.
Hasarı aşan 123 nömrəli məktəbin direktoru Sevinc xanım Mustafayeva Tribunainfo.az-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, məktəbin özü və hasarı qədimidir:
“Yaxşı ki, hadisə gecə baş verib. Həmin yol işlək yoldur, bizim uşaqlarımız o yolla məktəbə gedib-gəlirlər. Hadisə gündüz olsaydı nəticəsi daha ağır olardı. İki avtomobilə ziyan dəyib. Problemi aradan qaldırmağa çalışırıq. İcra hakimiyyətinə və bələdiyyəyə məlumat vermişik artıq”.
Videonu təqdim edirik:
Nigar