“MƏKTƏBƏ TƏRDƏN QURTULMAQ ÜÇÜN “KİTAYSKİ YELPİK” VERİLSİN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İyun ayının istisində dərsə getməyə məcbur olan məktəblilərin və müəllimlərin hər birinə sərinkeş olmayan otaqlarda tərdən qurtulmaq üçün ödənişsiz əsaslarla “kitayski” yelpik verilməlidir.  

 “İyun ayının istisində dərsə getməyə məcbur olan məktəblilərin və müəllimlərin hər birinə sərinkeş olmayan otaqlarda tərdən qurtulmaq üçün ödənişsiz əsaslarla “kitayski” yelpik verilməlidir. 

Bir dənə də böyük Avropa və ya Amerika yelpiyi lazımdır təhsilimizi tərdən qorumaq üçün. İllərdir təhsilimizdə bildinın hələ də tərdən önə keçmədyini görürük. Sentyabrın 1-i ənənə olaraq Azərbaycanda Bilik günü kimi yadda qalıb, ancaq təhsilin məqsədi bilik olmadığına görə dərslərə bilikdən 15 gün adlayaraq başlayırıq”.

TİA.AZ xəbər verir ki, bunu millət vəkili Fazil Qəzənfəroğlu deyib.

Millət vəkilinin sözlərinə görə, ictimai nəqliyyat keyfiyyətli, əlçatan, alternativli və təhlükəsiz olmadığına görə uşaqları ilə birlikdə hər gün məktəbə əziyyətlə iki dəfə gedib qayıdan, yaxud da pulsuz adlanan təhsil üçün uşaqları məktəbə aparıb-gətirməyə xüsusi maşın tutaraq cibindən vəsait ödəyən, sonra da daha keyfiyyətli imtahan hazırlığı üçün cibindən repititorlara pul dağıdan qəhrəman valideynlərə də mənəvi kislarod çatışmazlığı üçün gündə 300 qram süd kompensasiyası verilməlidir.


İlahə