Ekspertdən məktəbdəki rəzalətə reaksiya: Utancverici haldır…

Ekspertdən məktəbdəki rəzalətə reaksiya: Utancverici haldır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N Qaranzadə adına 270 nömrəli tam orta məktəbində, Rusiyanın vurduğu, təyyarəmizdə həlak olanların heç üçü çıxmamış, şagirdləri rəngarəng geyindiriblər və Kreml lideri Vladimir Putinin olduğu fotonun əks edildiyi divar qəzeti hazırlayıblar.

Tribunainfo.az-a məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, baxmayaraq ki, dünən matəm günü idi, hadisə baş verən gündən belə, cəmiyyət hələ də hadisənin şokundan çıxmayıb. Təyyarəmizin atəşə tutulması artıq böyük ehtimalla öz təsdiqini tapıb.

Ekspertin sözlərinə görə, dövlət və cəmiyyət olaraq Rusiyanın dövlət başçısı səviyyəsində Azərbaycan dövlətindən, xalqından üzr istəməsi və maddi təzminatın ödənilməsi ilə bağlı qərar qəbul edəcəyini gözlədiyimiz bir halda, çünki eyni vəziyyət bizdə, vətən müharibəsi dövründə, 2020-ci ilin noyabr ayında Naxçıvanda vertolyot vurulan zaman biz dərhal adekvat addım atdıq.

“Eyni zamanda ümumiyyətlə hər hanı bir müəssisədə və təhsil müəssisəsində matəm ərəfəsində şənlik tədbirinin bu şəkildə keçirilməsi yolverilməzdir. Bildiyiniz kimi hətta hava limanında qurulmuş yolkaların sökülməsi, şəniklə bağlı işıqların yandırılmaması və s. tədbirlər görüldü. Əslində bayramla bağlı məktəblərdə tədbirlər planlaşdırılmışdı. Mən daha çox arzulayardım ki, Yeni ildən çox Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbirlərə üstünlük verilsin.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Elm və Təhsil Nazirliyinin agentlikləri  müvafiq təhsil müəssisələrinə təlimat göndərməli idilər ki, əgər təhsil müəssisələrində planlı şəkildə nəzərdə tutulmuş tədbirlər ertələnsin. Yaxud da xüsusi təmtəraq, şənlik proqramdan çıxarılsın.

Bildiyiniz kimi dünən axşam hadisədə həlak olmuş şəxslərin bir qismi vətənə gətirilib. Hər gün hava limanında həlak olmuş şəxslərin nəşlərini qəbul edirik. Nəticə etibarilə, bu ictimai savadsızlıqdan irəli gəlir. Tərbiyə müəssisələrində tərbiyə mühitinin olmaması, vətəndaşlıq hissinin olmamasıdır.

Təhsilin əsas məqsədlərindən biri şəxsiyyət və vətəndaş yetişdirməkdir. Eyni zamanda, təhsilin məqsədlərindən biri də təhsil alanları ictimai həyata hazırlamaqdır. Çünki vətəndaş olaraq onun cəmiyyətdə rolu, mövqeyi, davranışı… Bizim təhsil müəssisələrimizdə vətəndaşlıq mövqeyi, cəmiyyətə, ictimai həyata hazırlamaq demək olar ki, aradan qalxıb. Bundan daha pisi isə odur ki, təhsil və idarəetmə orqanlarında nəzarət sistemi tamamilə itib. Düşünürəm ki, bu hadisə də utancverici haldır. Məktəblərin özünün missiyasının unutması və düşünürəm ki, bunlar bir-biri ilə əlaqəlidir. Hər bir halda, uyğun olmayan bir haldır. Bununla bağlı təhsil idarəetmə orqanları məktəblərə bir təlimat göndərməlidirlər, indi də gec deyil”.

Dəniz Pənahova