Adı “seks qalmaqalında” hallanan direktor və laborantla bağlı hələ də Təhsil Nazirliyinin yekun qərarı açıqlanmır.
Adı “seks qalmaqalında” hallanan direktor və laborantla bağlı hələ də Təhsil Nazirliyinin yekun qərarı açıqlanmır.
Nazirliyin nümayəndəsi Kənan İbrahimov AzVision.az-a bildirb ki, məsələ ilə bağlı araşdırma davam edir. Onun sözlərinə görə, dünən Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin əməkdaşı Ceyhun Mirzə, Şəmkir Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Azər Əliyev, Yavər Kərimov Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparıblar.
“Eyni zamanda laborantın müxtəlif müəllimlərin diaqnostik qiymətləndirmədə iştirakı barədə dediyi məqamlar araşdırılıb. Həmin müəllimlər dindirilib, faktın düzgün olub-olmadığı öyrənilib. Ola bilər ki, həmin müəllimlər faktı etiraf etsinlər. Hər halda faktları isbat edəcək başqa məqamlara baxılır”.
K.İbrahimov bildirib ki, qalmaqala səbəb olan direktor və laborant bugün Rayon Təhsil Şöbəsinə çağırılaraq dindirilib.
Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.
Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında həmin xanımın seks videosu olduğunu üçün işdən uzaqlaşdırıldığını bildirib.