Məktəbdə baş verən olayla bağlı RƏSMİ AÇIQLAMA

Məktəbdə baş verən olayla bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının 6 nömrəli məktəbinin 2-ci sinif şagirdinin həmin məktəbin 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi seksual hərəkətlərə təhrik edildiyi haqda məlumat yaymışdıq. Şagirin ailəsinin müraciətində deyilirdi ki, bu cinayəti törədən şagirdlər hələ də məktəbdən qovulmayıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Tribunainfo.az-a bildirib ki, hazırda Səbail Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində araşdırma aparılır. DİN rəsmisi qeyd edib ki, təfərrüatı istintaqla müəyyən olunacaq: “Bütün xüsuslar araşdırma predmetidir. Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək”.