Məktəb və müəllim heç nə öyrətmir – Ekspertdən SƏRT sözlər

Məktəb və müəllim heç nə öyrətmir – Ekspertdən SƏRT sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər məktəbdə şagird öyrənə bilmirsə, deməli, müəllim ya öyrətmir, ya da öyrətməyi bacarmır. Məktəb öyrətmək üçündür, sadəcə gündəlik yazdırmaq, gün keçirmək üçün yox. Dövlət pulsuz təhsil verir, amma o təhsil içi boş, keyfiyyətsizdirsə, valideyn məcbur olub övladını repititora aparır.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə təhsil eksperti Kamran Əsədov çıxış edib. O bildirib ki, epititorluğun əsas səbəbi sadədir: məktəbdə öyrənmə yoxdur, öyrətmə yoxdur, cavabdehlik yoxdur:

“Müəllim tənbəldir, məktəb rəhbərliyi laqeyddir, sistem isə nəticəyə yox, formal prossesə baxır.

Bu gün uşaqlar məktəbdə öyrənmədiyi üçün valideynlər evlərini məktəbə çeviriblər. Buna görə maaş alan müəllim deyil, övladını gecə-gündüz repititora daşıyan ata-ana cavab verir. Bu sistem utancvericidir. Məktəb öyrətməlidir, əgər öyrətmirsə, onun adı sadəcə bina qalır”.

Gülşən Rəsul