Məktəb-Lisey Kompleksində nə baş verir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bir qrup valideyn məktəb direktorun işdən azad edilməsinə narazılıq edib.

 

Bakıda bir qrup valideyn məktəb direktorun işdən azad edilməsinə narazılıq edib.

Xezerxeber.az-ın məlumatına görə, valideynlər məktəbin həyətinə toplaşaraq əvvəlki direktorun vəzifəsinə qaytarılmasını tələb ediblər.

Söhbət paytaxtın Nərimanov rayonundakı 200 və 43 saylı Məktəb Lisey Kompleksindən gedir. Valideynlərin sözlərinə görə, bir neçə gündür sözügedən məktəbin direktoru Qafar Hüseynovu bilinməyən səbəbdən vəzifəsindən azad ediblər. Bunu eşidən valideyinlər məktəbin həyətinə toplaşaraq direktorun vəzifəsinə qaytarılmasını tələb edib.

Valideynlər bildiriblər ki, iki gündür kompleksin direktoru Qafar Hüseynovun işdən azad olunmadığı, sadəcə səhhəti ilə bağlı bülletendə olması barədə yanlış məlumatlar verilir. Əslində Qafar Hüseynov səhhəti ilə bağlı hər il müxtəlif zamanlarda bülletendə olub, lakin heç zaman onun yerinə əvəzedici təyin olunmayıb. Bu il isə Qafar Hüseynov bülletenə çıxarılıb və onun yerinə Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı əvəzedici təyin olunub. Bu da onu deməyə əsas verir ki, direktor azad olunacaq. Məktəbin qarşısına toplaşan valideynlər bildirdilər ki, Qafar Hüseynov işə qaytarılmasa övladlarını bu məktəbə buraxmayacaq, başqa məktəblərə keçirəcəklər.

Məktəbdə çəkiliş apardığımız zaman da şahidi olduq ki, bir çox sinif otağında şagird yoxdur. Olanlarda isə davamiyyət olduqca zəifdir. Şagirdlər və məktəbin müəllim kollektivi ilə söhbət zamanı onlar da əvvəlki direktorun məktəb rəhbərliyinə qaytarılmasını tələb etdilər.

Qeyd edək ki, asayişi qorumaq məqsədi ilə məktəbin həyətinə Nərimanov rayon polis idarəsinin bir neçə əməkdaşı da cəlb edilib. Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov ”Xəzər Xəbər”ə bildirdi ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır: ”Bütün bu şayiələr məqsədli şəkildə yayılır. Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir. Onu hazırda direktorun təlim-tərbiyə işləri üzrə müavini əvəz edir. Məktəbin idarəçiliyində heç bir problem yoxdur, valideynlərin təşvişi əsassızdır”.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva da Məktəb-Lisey Kompleksində olub, təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb. İdarədən verilən məlumata görə, Məhəbbət Vəliyeva məktəbdə təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.