backend

Məktəb idarəediciləri üçün yeni kitab nəşr olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda sosial, iqtisadi, siyasi, mədəni bir sözlə bütün sahələrdə əldə edilən yüksən nailiyyətlər və nəticələr ölkəmizin qüdrətini dahada artırmaqdadır.  Məktəb idarəediciləri üçün yeni kitab nəşr olundu.Azərbaycanda sosial, iqtisadi, siyasi, mədəni bir sözlə bütün sahələrdə əldə edilən yüksən nailiyyətlər və nəticələr ölkəmizin qüdrətini dahada artırmaqdadır. 

Azərbaycanda son illər hər sahədə olduğu kimi təhsil sahəsində də köklü dəyişikliklər göz önündədir. Təhsil islahatları təhsilimizin inkişafına müsbət təsir göstərmişdir. Azərbaycanda üç minə yaxın məktəb tikilmiş, təmir edilmiş, müasir avadanlıqlarla təmin olunmuşdir. Bu Azərbaycan Respublikasının təhsil sahəsində həyata keçirmiş olduğu uğurlu təhsil islahatının nəticəsidir. Təhsil bizim gələcəyimizidir. Təhsil Nazirliyinin islahatlarından biridə məktəb rəhbərlərinin işə qəbulunu müsabiqə yolu ilə həyata keçirməsi olmuşdur. Hazırlanmış “Təhsil və İdarəedici” kitabı direktor, direktor müavinləri və gələcəkdə bu vəzifədə çalışmaq istəyən rəhbər işçilər üçün nəzərdə tutulmuşdur. Kitab əsasən təhsil qanunvericiliyindən, normativ hüquqi sənədlərdən, mövzulara uyğun test nümunələrindən ibarətdir. Kitab Elşən Qafarov və Cavid Cəfərzadənin birgə layihəsi əsasında hazırlanmışdır. Təqdim edilən kitabın yalnız məktəbdə rəhbər işçiləri üçün deyil, bütün təhsil işçiləri  üçün yararlı olacağını düşünürük.