Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma APARILACAQ

Məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma APARILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva ilə bağlı mətbuatda və sosial şəbəkələrdə bir sıra iddialar yayılıb.

Modern.az-ın məlumatına görə, onun müəllimlərə qarşı uyğunsuz davrandığı bildirilib.

Ona məxsus olduğu iddia edilən səs yazısında direktor müəllimləri təhqir edib.

Məsələyə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi münasibət bildirib.

Qeyd olunub ki, Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı İdarə tərəfindən araşdırma aparılacaq.

Bildirilib ki, hazırda məktəbin pedaqoji heyəti məzuniyyətdə olduğu üçün araşdırmanın məzuniyyət dövründən sonra aparılması nəzərdə tutulur.

“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, – açıqlamada bildirilir