Məktəb direktoruna zəncirlə hücum etdilər-VİDEObackend

Məktəb direktoruna zəncirlə hücum etdilər-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çorumda məktəb direktoru Ömər Atılana zəncirlə hücum edən ata və oğlu olub.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, hücum edənlərdən oğlu polisin keçirdiyi əməliyyatla gizləndiyi evdə yaxalanıb, atasının tutulması üçün işlər davam edir.

Hadisə Anadolu İmam Hatip orta məktəbində baş verib. Məktəb direktoru Ömər Atılgan və qulluqçu Mehmet Öztürk iraqlı şagirdin xəstələnməsindən sonra təcili yardım çağırıb. Sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra şagird təcili yardımla xəstəxanaya qaldırıldı.

Övladının xəstə olduğunu öyrənən valideyn məktəbə gələrək əlindəki zəncirlə direktora hücum edib. “Niyə bizə məlumat vermədin?” Məktəb direktoru Atılgan və qulluqçu Öztürkü dəfələrlə zəncirlə vuran valideyn və yanındakı şəxs daha sonra hadisə yerindən qaçıb.

Polisin şagirdin valideynini və yanındakı şəxsi tutmaq üçün başlatdığı araşdırmada hücum edənlərin ata və oğlu olduğu müəyyənləşib.