Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasındakı qalmaqal böyüyür.
Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasındakı qalmaqal böyüyür.
Məktəbin direktoru Akif Namazov keçmiş işçisi barədə növbəti dəfə daha kəskin ittihamlar səsləndirib.
TİA.AZ xəbər verir ki, direktor modern.az saytına açıqlamasında həmin xanımı yüngül əxlaqlı adlandırıb:
“O, məktəbin kompüterinə seks videosu yükləmişdi. Mən ömrümdə belə şeylər görməmişdim. O qadın çox şeyi gizlədir. O, mənim üçün ən yaxın adam olub, xətrini çox istəmişəm. Xatirənin kompüterdə seks videosunu və Təhsil şöbəsindəki oğlanlarla yazışmasını tutdum. Ona görə də işdən çıxartdım. O, mənə 500 manat təklif etdi ki, işi ört-basdır edim.
Mən qəbul etmədim ki, məktəbin adına ayıbdır. Sonra məktəbin gözətçisinin əli ilə gecə vaxtı mənim otağımın qapısını açdırıb, o kompüterdəki bütün məlumatlarını silib. Mən də “102”yə məlumat verdim. Bizim işimiz polisdədir. O etiraf edib ki, mənə 500 manat təklif edib, qəbul etməmişəm. Dedim lap 5 min də versən, xeyri yoxdur, ərizə yaz işdən çıx. Əgər o seks videosu Təhsil şöbəsi tərəfindən məktəbin kompüterində aşkarlansaydı, mənim ən yüngül cəzam ərizə yazıb işdən çıxmaq olardı. O, bu yolla məni sıxışdırmağa, ilişdirməyə çalışırdı. Bu xanım belə şeylərin həvəskarıdır.
Onu saxlayanın papağını ağzına basasan. Əri mənə “Akif müəllim, gedək bizdə seksə baxaq” deyir. Bu kişidən ağlınız nə kəsir? O, öz telefonunda mənə Aygün Kazımovayla qızının seks videosunu göstərib”.
Direktorun “dedikləriniz çox ağır ittihamlardır, əlinizdə bunları sübut edəcək faktlar varmı” sualına cavabı belə oldu:
“Bunu mənə əri köpəyin oğlu deyib. Onun əri onu başqası ilə tutsa, heç nə edəsi deyil. O biqeyrət adamdır. Xatirə burada 3 il yarım işləyib, amma gözümün ucu ilə də ona baxmamışam. Özü də Xatirə mənim zövqümə uyğun qadın deyil. Məndən əvvəlki direktora 3 min manat verib zorla işə düzəlib.
Gedib ona desəniz ki, “Akif müəllim səni işə bərpa edir”, dediklərindən imtina edəcək. Məndən hayıf almaq istəyir. Onu işə qaytaracağım təqdirdə nə istəsəm, onu edəsi əxlaqa sahibdir. Özü də onun 10-15 adama borcu var. Birinə 20 manat, birinə 45 manat, birinə 50 manat və s.”.