Məktəb çantaları uşaqları şikəst edir – Həkim

Məktəb çantaları uşaqları şikəst edir – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlarda qamət pozğunluğunun bir səbəbi də çəkisinə uyğun olmayan ağır məktəb çantalarını kürəyində daşımasıdır.

Tribunainfo.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev yeni tədris ilində ənənəvi olaraq müzakirə olunan məktəbli çantalarının ağırlığı və onun yaratdığı fəsadlar barədə danışarkən deyib. Pediatr bildirib ki, dərsliklərin çoxluğu və ağırlığını nəzərə alaraq valideynlər məktəb üçün mümkün qədər çox sadə, yüngül və bəzəksiz çanta almalıdır:

“Məktəbli çantalarının çəkisi nə qədər olmalıdır mövzusu hər ilin bu vaxtı müzakirə olunur.
Oturuşmuş normalar var. İbtidai siniflərdə dərslik və dərs ləvazimatları ilə dolu çantanın ağırlığı uşağın ümumi çəkisinin 10 faizi qədər olmalıdır. Məsələn, 1-ci sinif şagirdinin çantası 1,5-2 kq ağırlığında olmalıdır.
Bu belədirmi? Xeyr, belə deyil!
Bəzi hallarda valideynlər ağır və allı-güllü çantalara üstünlük verirlər. Əksər hallarda isə məktəb müxtəlif lazımsız vəsaitlərlə doldurur çantaları. Heç bir halda düzgün deyil sümüyü inkişafda olan məktəblilərin çox ağır çanta daşıması.
Uşaqlarda elə qamət pozğunluğunun əsas səbəblərindən biri də bu çantalardır”.

Gülşən Rəsul