Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
TİA.AZ APA-ya istinadən xəbər verir ki, ölkə prezidenti Enrike Penya Nyeto fəlakət bölgəsinə yollanıb. O, dağıdıcı zəlzələ nəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib.
Meksikada sentyabrın 8-nə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.