backend

Meksika ABŞ məhsullarını boykot edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Meksika sərhədində divar inşa edilməsi haqqında sərəncamı təsdiq etdikdən sonra, Meksikada ABŞ mənşəli mallar və xidmətlər boykot ediləcək. 

ABŞ Prezidenti Donald Tramp Meksika sərhədində divar inşa edilməsi haqqında sərəncamı təsdiq etdikdən sonra, Meksikada ABŞ mənşəli mallar və xidmətlər boykot ediləcək.

Trend-in BBC-yə istinadən yaydığı xəbərə görə, artıq “Twitter” və digər sosial şəbəkələrdə #AdiosProductosGringos haşteqi ilə bu cür çağırışlara start verilib.

Sosial şəbəkələrdə meksikalıları “McDonald’s”, “Walmart”, “Coca-Cola” və digər ABŞ şirkətlərindən imtina etməyə çağırıblar.

Artıq ABŞ “Starbucks” qəhvəxanalar şəbəkəsi bu etiraza öz münasibətini bildirib. “Starbucks” Meksika iqtisadiyyatına 7 milyon dollar yatıraraq 7 min iş yeri açdığını xatırladıb.

Yeni seçilmiş prezident Trampın ABŞ-Meksika sərhədində divar inşa edilməsi haqqında təşəbbüsü iki ölkə arasında diplomatik qalmaqala səbəb olub.

Meksika Prezidenti Enrike Penya 25 yanvarda Donald Trampın sözügedən sərəncamı imzaladıqdan sonra, ABŞ-a planlaşdırılmış səfərinə imkan verməyib.