Məkkəyə həcc ziyarətinə yollanan hacılar tədricən geri dönməyə başlayıblar. Lakin ötən gün axşamı Məkkədə qalan hacılar Allahın rəhmət yağışının şahidi olublar.
SalamNews xəbər verir ki, ötən gün avqust ayının 31-i axşam (19 zilhiccə) Məkkə şəhərinə dolu ilə müşayiət edilən yağış yağıb.
Avqust ayında Məkkəyə dolu ilə birgə yağışın yağması nadir hadisədir.
Hacılar belə bir yağışın yağmasına sevinib və Allaha şükür ediblər.
Təbiətin nadir hadisəsi olan həmin ilahi rəhmətin görüntülərini təqdim edirik: