Məhşur xeyriyyəçidən Yasin Quliyevə dəstək

Məhşur xeyriyyəçidən Yasin Quliyevə dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son günlərdə uğurları ilə sosial şəbəkələrdə , mediada bilik və bacarığı ilə fenomen olan Yasin Quliyev ( Yasin Uğur) Türkiyədə  Sabancı Universitetini seçib və həmyerlimiz “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alacaq.
Xatırladaq ki, 17 yaşlı Yasin Quliyev təhsili və bacarığı ilə Sabancı Universitetindən 75% təhsil haqqından  azad olub. Əlbətdə bu böyük bir naliyyətdir. Amma Yasin Quliyev təhsil haqqının qalan 25 %  hansı xeriyyəçi şəxs tətəfinindən ödədiyini mətbuatda işıqlandırmadı. Görünür xeyriyyəçi bu məsələnin mətbuatda çox işqlanmasını gərək duymayıb.
 Bu mövzu günlərlə oxucularımıza da çox maraqlı olmuşdur. Nəhayətki bizim araşdırmalarımız öz nəticəsini verdi.
Yasin Quliyev öz facebook səhifəsində xeyriyyəçi, Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezdenti Fizuli Məmmədovla qarşılıqlı hörmət mövzusunda olan paylaşım bizim xüsusi diqqətimizi çəkdi. Və bu xeyirxaq insanın məhz Fizuli məmmədov olması təsdiqini tapdı.
Xeyriyyəçi  Fizuli Məmmədov qazilərimizə və şəhid ailələrinə etdiyi yardımlar və xeyrixalq əməlləri hər kəsə məlumdur.
Fizuli Məmmədov Yasinlə maraqlanmağı və ona dəstək olması, onun Azərbaycan gəncinin təhsilinə  verdiyi önəmdən irəli gəlir. Həqiqətən Yasin kimi gənc yetənəklərə dəstək olmaq böyük bir addımdır.
Yasin Quliyevin qarşıdakı illərdə uğurlarının dahada çox olması və akademik biliklərinin artırılmasında Fizuli Məmmədovun qarşıdakı illərdədə rolunun böyük olacağını xüsusi vurğulayırıq. İnanırıq ki, bu birlik və yardımlaşmanın gözəl nəticəsi olacaq və Azərbaycan qazanacaq.
TİA.AZ