Məhşur mağazada nə baş verir? — AÇIQLAMA

Məhşur mağazada nə baş verir? — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “AZZA” mağazasından alınan məhsullarla bağlı vətəndaş narazılığı yaranıb. Vətəndaş aldığı şokoladın yararlılıq müddətinin bitməsinə az qaldığını, həmçinin şərab kimi təqdim olunan içkinin əslində portveyn olduğunu iddia edir.

Şikayətçi Fərid Vəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, 23 oktyabr 2025-ci il tarixində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən “AZZA” ticarət obyektindən “Guylian” markalı şokolad və “Sandeman” markalı içki alıb:

“Lakin o, sonradan şokoladın yararlılıq müddətinin bitməsinə az qaldığını, həmçinin satıcının şərab kimi təqdim etdiyi içkinin əslində portveyn yəni tərkibinə spirt əlavə olunmuş içki olduğunu müəyyən edib. İstehlakçı məhsulları dəyişmək və ya geri qaytarmaq istəsə də, mağaza əməkdaşları bunun mümkün olmadığını bildiriblər və qərarlarını Nazirlər Kabinetinin 1998-ci il tarixli qərarı ilə əsaslandırıblar”.

Vətəndaş iddia edir ki, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə ziddir və aldadıcı məlumatın verilməsi qanun pozuntusudur.

Məsələ ilə bağlı Demokrat.az “AZZA” MMC-nin Baş ofisi ilə əlaqə saxlayıb.

Şirkətdən saytımıza bildirilib ki, AR Nazirlər Kabinetinin 114 nömrəli qərarına əsasən, qida məhsulları geri qaytarılmır və dəyişdirilmir:

“Bəli, mağazalarda bəzi məhsulları 15 gün ərzində dəyişmək mümkündür, lakin bu, qida məhsullarına şamil olunmur. Bizdən alınan məhsullar nəinki 1 saat, hətta 5 dəqiqə sonra belə geri qaytarılmır. Kassa önündəki lövhədə və qəbzlərdə bu barədə məlumat qeyd olunub. Alıcılar diqqət etsələr, həmin qaydaları rahatlıqla görə bilərlər”.