MEHRİBAN ZEYNALOVADAN ETİRAZ – “… UTANCVERİCİDİR”

MEHRİBAN ZEYNALOVADAN ETİRAZ – “… UTANCVERİCİDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təmiz Dünya” Qadınlar İctimai Birliyinin sədri Mehriban Zeynalova mətbuatdakı yazı başlıqlarına görə Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasına müraciət edib.

Tribunainfo.az xəbər verir ki, M.Zeynalova bildirib ki, həyat yoldaşı tərəfindən qətlə yetirilən müğənni ilə bağlı saytlarda verilən xəbərlərdə yazılan başlıqlar utancvericidir:

“”Başını kəsdi, küçəyə atdı” bunu başlığa çıxaranlarda sadizm əlamətləri, sosiapad olması artıq şübhə yaratmır. Medianın İnkişafı Agentliyi, Azərbaycan Mətbuat Şurası, zəhmət olmasa başlıqlara nəzarət edin. Belə başlıqların zövq və həzzlə payalaşılmasının qarşısını alın!
Başlıqları seçənlərin psixi durumunu yoxladın!”.