Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: “Dilarə ilə mən…”backend

Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: “Dilarə ilə mən…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xalq artisti Mehriban Zəki Oqtay Əliyevin həyatını itirdiyi qəzadan yazıb.

Tribunainfo.az xəbər verir ki, Xalq artisti bu barədə instaqram hesabında paylaşım edib.”İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə “problem yoxdur, keçib gedəcək” deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi” – deyə paylaşımda qeyd olunub.

“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay, Oqtay, Oqtay… O isə susurdu. O susurdu, maşın çevrilirdi. Bu sadəcə qəzavü-qədər idi. Mən sağalacam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq. Dilarə də, inşallah, özünü toparlayar. O çox güclü qadındır. Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22-si belə yazıldı bizim üçün”, – deyə o, bildirib.