“Kərim Abbasovu yenidən məhkəməyə verib, onun həbsini istəyəcəyəm. Bu dəfə etdiyi ona baha başa gələcək”.
BiG.AZ-a açıqlamasında bu sözləri əməkdar artist Mehriban Xanlarova deyib:
“Yenidən şəklimi yayıb, fakt göz qabağındadır. Birinci məhkəmədə min manat verdi, üzr istəmək də qalmışdı… Etdiyi əməl ucbatından onun həbsini istəyəcəm. Cəzalandırmaq lazımdır. Olmaz belə … “.
Qeyd edək ki, K. Abbasov bir neçə saat öncə Mehriban Xanlarovadan sosial şəbəkə vasitəsilə üzr istəyib: Məsələ ilə bağlı K. Abbasovdan açıqlama aldıq. K. Abbasov big.az-a açıqlamasında bildirib:
“O şəkil bütün saytlarda var. Niyə məhkəməyə verir ki ? Allah canını sağ etsin. Xəbərim yoxdur, yenidən məhkəməyə verməsindən …”.