Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş ilk müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi, qaçqın rayonların İcra Hakimiyyətlərinin Səbail üzrə nümayəndələrinin, məcburi köçkünlərin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

İH-dən TİA.AZ-a daxil olan xəbərə görə, icra başçısı Eldar Əzizov müşavirə barədə məlumat verib, qeyd edib ki, son illərdə doğma yerlərindən didərgin düşmüş soydaşlarımızın problemlərinin həlli ilə bağlı ölkə prezidenti tərəfindən tədbirlər həyata keçirilib. Bildirilb ki, RİH-də yaradılan işçi qrup tərəfindən qısa müddət ərzində rayondakı məskunlaşma yerlərinə baxış keçirilib, qəzalı və yararsız şəraitdə olan məskunlaşma yerləri müəyyən olunub, buradakı şəraitin yaxşılaşdırılması və digər məsələlərlə bağlı rayon xidmətlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda məcburi köçkünlərin işlə təmin olunması məqsədi ilə rayonun idarə və təşkilatlarında, şirkətlərdə, tikinti sahələrində 100-dən çox vakant iş yeri müəyyənləşdirilib və onların siyahısı məcburi köçkünlərə təqdim olunub. Müşavirədə bildirilib ki, tapşırıqların icrası kampaniya xarakterli deyil daimi olacaq və yerlərdə artıq bu işlərə başlanıb.