Mehriban Əliyevanın fikirlərinin mahiyyətini niyə anlamırsınız?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

on günlər bəziləri 1-ci vitse-prezident Mehriban Əliyevanın məşhur rusiyalı yazıçı Aleksandr Proxanovla müsahibəsindən bir iki cümləni götürüb yayır, söhbəti kontekstdən çıxararaq ermənipərəst mövqe kimi qələmə verməyə çalışır, onun ermənilərlə azərbaycanlıların vaxtilə bir stol arxasında oturmaqlarını, normal qonşuluq şəraitində yaşadıqlarını deməsini tənqid edirlər.  

Son günlər bəziləri 1-ci vitse-prezident Mehriban Əliyevanın məşhur rusiyalı yazıçı Aleksandr Proxanovla müsahibəsindən bir iki cümləni götürüb yayır, söhbəti kontekstdən çıxararaq ermənipərəst mövqe kimi qələmə verməyə çalışır, onun ermənilərlə azərbaycanlıların vaxtilə bir stol arxasında oturmaqlarını, normal qonşuluq şəraitində yaşadıqlarını deməsini tənqid edirlər.

Elə hay-küy qaldırılıb ki, sanki qeyri-adi hadisə baş verib. Bu ki aksiomadı. Bəlkə yeniyetmə və gənclər bilməyə bilər, amma orta və yaşlı nəsil görüb və bilir ki, Sovet İttifaqında olarkən bu iki xalq birgə yaşayıb, bir-birinin xeyir-şərində itirak edib, qız alıb-qız verib, qohum olub, bir-birinin evində qonaq da olub, hətta süni qohumluq yaratmaq üçün erməniləri öz uşaqlarına kirvə də tutublar. 

İndi bunları etiraf etmək necə ermənipərəst mövqe olur ki? Bunu inkar etmək axmaqlıqdır. Sonralar nə baş veribsə aydındır və bu tamam başqa mövzudur, amma o vaxt belə olub.
Ermənistanın və ermənilərin xalqımıza qarşı terror, işğal və qırğınlar törətdiyi hamımıza məlumdur. Dövlətimiz bunun dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələn hər şeyi edir. Lakin bu məsələnin başqa tərəfidir.
Məsələnin əsas tərəfi isə tamam başqadır və birinci xanımın dedikləri də məhz buna söykənir. Hazırda geosiyasi situsiya, beynəlxalq konyuktura elədir ki, problemin həllinin daha çox sülh yolu ilə əldə edilməsi həm bizim xeyrimizədir, həm də bunu bütün fövqəldövlətlər və beynəlxalq təşkilatlar qəti olaraq qarşımıza qoyur. Bunun üçün xalqların buna hazır olmasını göstərmək lazımdır. Azərbaycan xalqının erməni xalqının düşməni olmadığını göstərmək lazımdır.

Məlum olduğu kimi, Dağlıq Qarabağın müstəqilliyini tanıtdırmaq, ya da ən azı Ermənistana birləşdirmək üçün ermənilərin danışıqlarda ən əsas bənahəsi budur- “biz onlarla birgə yaşaya bilmərik”. Birinci vitse-prezidentin bu tip fikirləri isə, Dağlıq Qarabağa Azərbaycan tərkibində yüksək muxtariyyət məsələsinə qarşı çıxmaları üçün ermənilərin əllərində olan bəhanəni neytrallaşdırmaq üçündür.
Məlum olduğu kimi, dövlətimiz, prezidentimiz illərdir Dağlıq Qarabağın statusu ilə bağlı dünya birliyi qarşısında ciddi siyasi kurs aparır, hər addım ölçülüb-biçilir, bu bögəyə Azərbaycan tərkibində ən yüksək muxtariyyət verilməsinə razı olduğumuzu bəyan edir. Bizim başqa yolumuz yoxdur. Qarabağın geri alınması üçün ermənilərin o ərazidə sülh içində yaşamasını təmin etmək, buna imkan yaratmaq da bu siyasətin tərkib hissəsidir.
Ermənilər də buna mane olmaq üçün millətlərarası münasibətlərin mümkün qədər aqressiv olduğunu və bu xalqların birgə yaşaya bilməyəcəyini bütün dünyaya göstərmək üçün dəridən-qabıqdan çıxır. Məqsəd aydındır, Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirilməsini və ya tam müstəqil statusun verilməsini təmin etmək.
Həm prezident İlham Əliyev, həm birinci vitse-prezident Mehriban Əliyeva məsələni iki millətin düşmənçiliyi müstəvisindən çıxarıb Ermənistanın Azərbaycana təcavüzü, dövlətin ərazi bötövluyunü pozması, seperatçı və terroru qrupların ərazilərimizi zəbt etməsi kimi ciddi beynəlxalq cinayətləri dünya ictimaiyyətinə qəbul etdirib. Yəni, göstərilir ki, biz erməni xalqı ilə düşmən deyilik, problemimiz Ermənistan dövlətidir.
Mediada, sosial şəbəkələrdə ermənilər vəhşidir, onların hamısını qırmalıyıq kimi bəyanatlar verən şəxslər bilərəkdən və bilməyərəkdən xalqımıza və dövlətimizə ağır zərbə vururlar, qısa desək erməni dəyirmanına su tökürlər. Ermənilər üçün bu göydəndüşmə fürsət olur, bunları götürüb bütün dünyaya göstərirlər ki, baxın, deyirsiniz muxtariyyət versinlər birgə yaşayın, bunlar bizi qırmaq istəyir, necə birgə yaşaya bilərik.
İndi gördünüzmü sizin anlamazlığınız və qərəziniz necə zərər vurur bu xalqa, bu dövlətə? Əvvəla, hər kəs öz ii ilə məşğul olsa yaxşıdır. Dövlətin xarici siyasətini ağıllı adamlar aparır, onların sizdən öyrənəcəkləri heç nə yoxdur, sizin onlardan öyrənəcəyiniz şeylər var. Nəsə yazanda əvvəl düşünün, analiz edin- bu Azərbaycana zərər verir, yoxsa xeyir.
İkincisi, saxta vətənpərvərlik lazım deyil. Bunun dövrü çoxdan keçib, yəni dəbdən düşüb. Müasir dövrdə qara qışqırıq salıb radikal millətçi şüarlar səsləndirməklə deyil, soyuqqanlı, rasional siyasət yürütməklə qalib gəlinir.
Üçüncüsü də, bilmədiyiniz məsələyə fikri bildirməkdənsə yaxşı olar ki, Ermənistanla apardığımız informasiya təbliğat müharibəsinə öz töhfənizi verin. Misal üçün, xarici internet forumlarda bu mövzuda aparılan müzakirələrdə iştirak edin, xarici internet resurslara müxtəlif dillərdə məqalələr, kitablar, videofilmlər yerləşdirin! Bununla Azərbaycana bir xeyriniz dəyə bilər.

Elçin Bayramlı