Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həm İslam, həm də Qərb dünyasında müxtəlif məzhəblərin və etnik qrupların birgəyaşayışı üçün getdikcə artan təhlükə fonunda insanları birləşdirmək məqsədilə yeni model yaratmaq zamanı çatıb. 

Həm İslam, həm də Qərb dünyasında müxtəlif məzhəblərin və etnik qrupların birgəyaşayışı üçün getdikcə artan təhlükə fonunda insanları birləşdirmək məqsədilə yeni model yaratmaq zamanı çatıb.

Trend-in məlumatına görə, bu barədə yazıçı Müdəssər Əhmədin “Huffington Post” jurnalının Britaniya bölməsində dərc olunan məqaləsində yazılıb.

Müəllif qeyd edir ki, pis sosial əlaqələr, səmərəli asudə vaxtın yoxluğu və aşağı özünüqiymətləndirmə gənc insanların terror qruplaşmalarına cəlb olunmasını daha da asanlaşdırır:

“Gənclərin radikallaşması müxtəlif amillərlə izah olunur. Müsəlman dünyasındakı yoxsulluq və münaqişələr gəncləri rahat ekstremist təbliğatçıların qurbanına çevirir. Ona görə də inkişaf potensialını reallaşdırmaq üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzvünün hər biri uzun yol qət etməlidir”.

Müəllifin sözlərinə görə, bu həftə başa çatmış IV İslam Həmrəyliyi Oyunları İƏT-in müxtəlif üzv ölkələrindən olan gənc müsəlman idmançıları – kişi və qadın idmançıları birləşdirdi. Bununla yanaşı, Azərbaycan hökuməti öz xərclərini qarşılaya bilməyən yoxsul ölkələrdən olan idmançılara da dəstək göstərdi.

Məqalədə qeyd olunur ki, IV İslam Həmrəyliyi Oyunlarının əsas mövzularından biri də qadınların hüquqları və imkanlarının genişləndirilməsi idi. Təsadüfi deyil ki, bu Oyunlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında təşkil olunmuşdu.

Müəllif yazır ki, Birinci xanım qismində Mehriban Əliyeva uzun illərdir ki, YUNESKO və İSESKO-nun tək qadın xoşməramlı səfiri olaraq mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu dəstəkləyir, həm Bakıda, həm də xaricdə mədəniyyətlərarası dialoqa xidmət edən xeyriyyə tədbirlərinə təşəbbüs göstərir.

Məqalədə sonra bildirilir: “BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir İƏT-ə üzv ölkələrin görüşünün açılış mərasimində vurğulayıb ki, bu cür irimiqyaslı beynəlxalq tədbirin keçirilməsinə cavabdeh olan qadın Birinci vitse-prezidentin rolu qadın hüquqları uğrunda mübarizənin ən vacib problem olduğu İslam dünyası üçün yeni modeldir”.