Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı tapşırıq verdi

Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı tapşırıq verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib.

TİA.AZ Trend-ə istinadən xəbər verir ki, birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fonduna üçəmlərin doğulduğu Vəliyevlər ailəsinə maddi yardım göstərilməsi barədə göstəriş verib.

3 illik övlad həsrətindən sonra üçəmlərə sahib olan ailənin başçıları müvafiq yardım və hədiyyələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.