Ötən gün Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının marionet tamaşası göstərilib.
Ötən gün Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının marionet tamaşası göstərilib.
TİA.AZ xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tamaşaya baxıblar.
Bir neçə gün bundan əvvəl prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan Marionet Teatrı artıq öz tamaşaçılarını qarşılayır. Marionet Teatrı tamaşaçılarla görüşə milli bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə gəlib.
Teatrın bədii rəhbəri Tərlan Qorçu 1987-1988-ci illərdə – Azərbaycanda marionet teatrı mövcud olmadığı bir vaxtda bir neçə nəfərlə “Arşın mal alan” operettasının marionet tamaşası üzərində çalışmağa başladıqlarını bildirib.
Tamaşanın premyerasının 1990-cı ildə Fransada keçirildiyini deyən teatrın bədii rəhbəri həmin çətin dövrdə teatrın yalnız xaricdə çıxış etdiklərini təəssüflə vurğulayıb.
Sonra marionet kuklaların ifasında Üzeyir Hacıbəylinin Məhəmməd Füzulinin eyniadlı poeması əsasında ərsəyə gətirdiyi “Leyli və Məcnun” operası başlayıb.