“Mehriban Əliyeva bizi xilas etdi” – Aprel şəhidinin anası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kredit borcuna görə evimizi əlimizdən alacaqdılar. Çarəsiz durumda qalmışdıq. Mehriban xanım bizi xilas etdi”
 

“Kredit borcuna görə evimizi əlimizdən alacaqdılar. Çarəsiz durumda qalmışdıq. Mehriban xanım bizi xilas etdi”

Bunu AzVision.az-a aprel şəhidi Xaliq Əzizzadənin anası Nigar Qasımova deyib. Şəhid anası kredt borcunun ödənilməsinə görə birinci xanıma təşəkkürünü bildirib.

“Ötən gün bankda idik. Evdən çıxmalı olduğumuzu dedilər. Qənirə Paşayeva bizi tək qoymadı, yanımıza gəldi. Biz bankda olan zaman Mehriban xanımın köməkçisi zəng elədi və dedi ki, bütün borclarınız ödənilib. Buna çox sevindik. Mehriban xanım bizə yeni həyat bəxş etdi.

Prezidentimiz başda olmaqda onun xanımına, ailə üzvlərinə təşəkkür edirik. Allah onlardan razı olsun. Bu gün Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət etdik. Bu, şəhid anası kimi mənim borcumdur. Dövlətimiz, birinci xanım göstərdi ki, şəhid ailələri tək, kimsəsiz deyil. Mehriban xanım icazə vermədi ki, kimsə bizi evimizdən çıxarıb, küçəyə atsın. İndi oğlumun ruhu da rahatdır”.
 

Qeyd edək ki, “Para” BOKT ASC şəhidin kredit borcuna görə məhkəməyə müraciət etmişdi. Ötən gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə aprel şəhidi Xaliq Əzizzadənin “Para” BOKT ASC-yə olan kredit borcu bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.