Mehrabyan: “Daşnaklar və revanşistlər sülhə qarşıdırlar”

Mehrabyan: “Daşnaklar və revanşistlər sülhə qarşıdırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz qonşularımızla münaqişə etmək istəyirik, yoxsa yox? Gəlin nə istədiyimizi anlayaq. Daşnaklar və revanşistlər Vaşinqtonda imzalanmış sənədlə bağlı diaspor vasitəsi ilə zəhərli təbliğat aparırlar”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistan “Respublika Naminə” partiyasının sədr müavini Ruben Mehrabyan deyib.

O qeyd edib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması baş tutacaq. “Lakin Ankara Azərbaycanı gözləyir”.

Mehrabyan separatçıların rəhbəri Samvel Şahramanyanın da ünvanına sərt fikirlər səsləndirib. “Samvel Şahramanyan deyir ki, Qarabağı o ləğv etməyib, fərman da imzalamayıb. Əgər o, ləğvetmə sənədlərini imzalamadığını deyirsə, bunu hansı alçaqın etdiyini göstərsin”.

Fərda Uğur