“Azərbaycan, Ermənistan və ABŞ arasında əldə olunmuş üçtərəfli saziş İranın Qafqaz siyasətində uğursuzluğunun göstəricisidir”.
Tribunainfo.az “İran diplomatiyası” saytına istinadən xəbər verir ki, bu sözlərin müəllifi siyasi analitik Əlirza Mehrabidir.
O qeyd edib ki, Bakı ilə İrəvan arasında əldə olunan razılaşma İranın uzun müddət “qırmızı xətt” kimi təqdim etdiyi Zəngəzur dəhlizi modelini reallaşdırır. “İran vaxtında müvafiq diplomatik addımlar atmadığı üçün Qafqazda təşəbbüsü itirib və artıq regional proseslərdə kənardan müşahidəçi mövqeyinə çəkilib”.
O hesab edir ki, geosiyasi passivlik səbəbindən İranın bölgədə nüfuzu zəifləyib. “Amerikanın sözügedən dəhliz layihəsində iştirakı Tehran üçün təhdiddir. Eyni zamanda, Azərbaycanın Naxçıvanla birləşməsi də İran sərhədləri üçün geosiyasi təhdiddir. İran təşəbbüsü başqalarına verməməli, bu kimi görüşlərə özü ev sahibliyi etməli idi”.
Fərda Uğur