“Mehr”: “İranın geosiyasi və iqtisadi əhəmiyyəti aşağı düşəcək”

“Mehr”: “İranın geosiyasi və iqtisadi əhəmiyyəti aşağı düşəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzurun gücü “Syunik”ə çatmayacaq. Çünki Sünik aşırımında Ermənistanın ərazi bütövlüyü qorunur. İranın bu ölkə ilə sərhədi dəyişməyəcək, baxmayaraq ki, 3+3 ilə danışıqlar davam etdirilməlidir”.

Tribunainfo.az xəbər verir ki, bu fikilər İranda yayınlanan “Mehr” Agentliyinin dərc etdiyi “Zəngəzurun gücü “Syunik”ə çatmır. Sərhədlər dəyişməyəcək” başlıqlı yazısındandır.

Yazıda qeyd edilir ki, İran-Ermənistan sərhədinin uzunluğu 44 kilometrdir ki, bu da ölkəmizin qonşu ölkə ilə ən qısa quru sərhədidir. “Lakin əvvəllər Ermənistanın nəzarətində olan Qarabağın işğalı ilə əlaqədar bu sərhəd faktiki olaraq 2020-ci ilə qədər öz təbii uzunluğundan çox olub. Qarabağda Azərbaycanla Ermənistan arasında müharibədən və Bakının işğal olunmuş Azərbaycan torpaqlarını geri almasından sonra İran və Ermənistan öz təbii sərhədlərinə qayıdıb”.

“Mehr” vurğulayıb ki, dəhlizin Azərbaycan üçün məqsədləri və əhəmiyyəti konkretdir. “İran ərazisindən keçməyə ehtiyac olmadan Azərbaycanı Naxçıvana birləşdirmək, Türkiyə üçün Naxçıvan və Azərbaycan vasitəsilə Xəzər dənizinə və Mərkəzi Asiyaya birləşdirəcək tranzit marşrutunun yaradılması, eləcə də ölkəmizdən keçən tranzit yollarından asılılığın azalması. Bu o deməkdir ki, İranın geosiyasi və iqtisadi əhəmiyyəti aşağı düşəcək”.

Fərda Uğur