İranda yayınlanan “Mehr” Agentliyi dünən qəribə iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, sözügedən media Vaşinqtonda keçirilən Azərbaycan, Ermənistan və ABŞ danışıqlarının sülh sazişi imzalanması ilə nəticələnməyəcəyini bildirib.
Agentlik bildirib ki, Azərbaycala Ermənistan arasında sülh sazişi 2026-cı ilin 24 aprelində İstanbulada imzalanacaq. “Həmin sazişin imzalanmasında Əliyev, Tramp, Makron , Ərdoğan və Paşinyan iştirak edəcəklər”.
Marqalıdır ki, “Mehr” buna qədər Ermənistanın konstitusiyasını dəyişdirəcəyini, prosesin iyuna qədər yekunlaşacağını da iddia edib. “İyunda Ermənistanda konstitusiya referendumu və seçkilər keçiriləcək. Qısa müddətdə həm Azərbaycan, həm də Ermənistan NATO-ya üzv olacaqlar. Çünki onların üzvlüyünə maneələr aradan qaldırılacaq”.
Lakin agentlik Ermənistanda idarəetmə sisteminin dəyişdiriləcəyini də vurğulayıb. Bildirilib ki, seçkilərdən sonra Ermənistanda parlament üsul-idarəsi ləğv ediləcək, onun yerini isə prezident postu tutacaq.
İran mediasının bu xəbəri nəyə istinadən gündəmə gətirdiyi məlum deyil. Maraqlı odur ki, analoji iddia ilə anti-Azərbaycan qrupunun üzvü Dariuş Səfərnejat da çıxış edib.
P.S. Sülh sazişinin məhz 24 apreldə, qondarma “erməni soyqırımı” günündə keçirilməsi iddiası məntiqsiz görünür. Ən azından Ermənistan rəhbərliyi bu addımı atmaz. Çünki bütün cəmiyyəti özünə qarşı qaldırmış olar.
Ehtimal etmək olar ki, İran tərəfi məhz təxribat məqsədi ilə sözügedən tarixi göstərib. Bununla erməni cəmiyyətini qızışdırmağa çalışıb.
Fərda Uğur