Mehman Xəlilov son söz üçün vaxt istədi

Mehman Xəlilov son söz üçün vaxt istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır.

“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib.

Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddən artıq ağır ittiham verilib: “Xəlilov Fəridi qəsdən öldürməyib. Ona görə hesab edirəm ki, Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində cəza təyin edilməlidir”.

Ağır cinayətdə ittiham olunan idmançı isə son söz üçün vaxt istəyib. Məhkəmə ona martın 19-na kimi vaxt verib.

Qeyd edək ki, hadisə ötən ilin aprelində Sumqayıt şəhərində yerləşən 19 nömrəli məktəbin idman zalında baş verib. Cinayətin başvermə anının görüntüləri sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, Mehman Xəlilov məşqdə zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.