Məhkəmədən çıxan qadın pilləkəndən yıxılaraq öldü – Cəlilabadda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkənlərdən yıxılması nəticəsində ölüb. 

Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkənlərdən yıxılması nəticəsində ölüb.

TİA.AZ report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad Rayon Məhkəməsinin həyətində baş verib.

Belə ki, rayonun Əliqasımlı kənd sakini 1937-ci il təvəllüdlü Şüküfə Aslanova kredit borcuna görə məhkəməyə dəvət edilib. Məhkəmədən çıxarkən Ş.Aslanovanın ayağı pilləkənə ilişib və o, yıxılıb.

Ağır kəllə-beyin travması alan Ş.Aslanova Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı elə oradaca dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.