Məhkəmə “Yelo Bank”ın iddiası ilə bağlı qərar verdi

Məhkəmə “Yelo Bank”ın iddiası ilə bağlı qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Kommersiya Məhkəməsində “Yelo Bank” ASC-nin “NN-Apollon” MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iddia təmin edilib.
Xatırlatma: “Yelo Bank” ASC “NN-Apollon” MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.