Balakən Rayon Məhkəməsində “Tam Store” MMC-nin barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilmiş cərimə protokolu üzrə qərardan verilən müraciətə baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, MMC-yə inzibati tənbeh tətbiq edilib.
Xatırlatma: “Tam Store” MMC-nın barəsində protokolu Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.1-ci (Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
Qeyd: “Tam Store” MMC mağazalar şəbəkəsi kimi fəaliyyət göstərir, Ceyhun Yusubovun baş direktor olduğu “Avrora Qrup”a daxildir. Qrupun prezidenti tanınmış iş adamı Ceyhun Abbasovdur.