Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Günel Əkbərli Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri, Gülnar Səfərəliyeva isə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin edilib.
Tribunainfo.az -ın məlumatına görə, G.Əkbərli 1983-cü ildə Bakı şəhərində anadan olub.
O, 2011-17-ci illərdə Bakı şəhər prokurorunun İctimaiyyətlə əlaqələr üzrə köməkçisi, 2017-18-ci illərdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokurorluq orqanlarının fəaliyyətinin təşkili kafedrasının müəllimi-prokuroru, 2018-ci ildən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
G.Səfərəliyeva isə 1988-ci ildə anadan olub. O, 2010-18-ci illərdə Naxçıvan MR Ali Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi, 2018-ci ildən isə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.