Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsidləndirilən E.Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2001-ci il təvəllüdlü E.Əliyev 2020-ci ildə zərərçəkmiş İ.Əliyevanın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən mənzilindən və avtomobildən ümumilikdə 209 800 manatlıq qızıl-zinət əşyalarını gizli yolla talayıb.
Daha sonra o, cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd: E.Əliyev daha əvvəl məhkumluq həyatı yaşayıb.