Məhkəmə müəllimi işə bərpa etdi, direktor məktəbə buraxmadı-FOTO

Məhkəmə müəllimi işə bərpa etdi, direktor məktəbə buraxmadı-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası bir müddət öncə direktor tərəfindən işdən qovulan İslam Hafizlik Kollecinin müəllimi Elşad Şahmurovun işinə bərpa edilməsi ilə bağlı qərar çıxarıb. Amma kollecin direktoru Rəhman Nuri Nadiroğlu müəllimi işə bərpa etmir.
Bu barədə Arqument.Az-a Elşad Şahmurov məlumat verib.
O bildirib ki, 2012-ci ildən adıçəkilən məktəbdə müəllimlik edib, lakin bu ilin sentyabr ayında kollecin direktoru Rəhman Nuri Nadiroğlu qeyri-qanuni olaraq, heç bir əsas gətirmədən onu işdən çıxarıb.

Şikayətçi bildirib ki, müdiriyyət onun vaxtında işə gəlib-getməməsini, kollecdə qanun pozuntuları etdiyini deyərək işdən azad edib: “Mən işə bərpa ilə bağlı məhkəməyə müraciət etdim və Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə işə bərpa edilmişəm. Beləliklə, Azərbaycan Respublikası adından çıxan qətnamə ilə müdirin əməlləri qanunsuz hesab edilib. Amma əvvəlki kimi mədrəsədə işləyə bilmirəm. Məhkəmə qərarının sonunda “müəllim işinə bərpa edilsin”, “qeyd edilən əməl ləğv edilsin” və “məcburi sürətdə buraxdığı iş vaxtlarının məbləği ödənilsin” sözləri yazılıb. Amma eşitdiyimə görə, müdirə yaxın olan adamlardan bir neçəsi gəldi və “o, səni orda istəmir və işə qayıtmamağın üçün əlindən gələni edəcək” dedilər”.
“2018-ci ilin fevral ayında Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası işə bərpa olunmağımla bağlı Şəki Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı, ancaq direktor hər iki qətnaməyə məhəl qoymur: “Qanuna, dinə hörmət qoymur. İslamda deyilir ki, yetimin haqqını yemək olmaz, amma bu heç birinə əməl eləmir. Mən 11 yaşımda valideynlərimi itirmişəm, yetim böyümüşəm. İndi də 3 körpə uşağımla kirayədə qalıram. Direktor məni işsiz qoymaqla ailəmi aclıqla sınağa çəkir. Hələ bu azmış kimi bu məsələni elə göstərməyə çalışır ki, guya mən məhkəməyə direktoru deyil, Qafqaz Müsəlmanları İdarəsini şikayət etmişəm. Belə edir ki, bəlkə, Qafqaz Müsəlmanları İdarəsi bu məsələni öz üzərinə götürsün və Ali Məhkəmədən xahiş etsinlər. Sonrada mən Ali Məhkəmədə uduzum və bu məsələ bağlansın”, – deyə müəllim bildirib.
Müəllim direktorla bağlı bir neçə maraqlı məqamı da açıqlayıb: “Əvvəllər də onun barəsində bir çox internet saytlarında xəbər yayımlanmışdır. Belə ki, o qanunsuz dini ədəbiyyat satdığına görə, polis tərəfindən saxlanılmış və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb edilib”.
Qafqaz Müsəlmanları İdarəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
TİA.AZ  məhkəmə qərarınının surətini təqdim edir: