Məhkəmə həbsdə olan Dürdanə Əliyeva ilə bağlı qərar çıxardı

Məhkəmə həbsdə olan Dürdanə Əliyeva ilə bağlı qərar çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmədə Bakı Slavyan Universitetinin korrupsiya cinayətlərində təqsirli bilinərək azadlıqdan məhrum edilmiş sabiq şöbə müdiri Dürdanə Əliyevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: D.Əliyeva Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirib.

D.Əliyeva özünü təqsirli bilməyib. Məhkəmədə tələbələrdən alınan pulları sabiq rektor Nurlana Əliyevaya verdiyini deyib. Sabiq rektor isə şahid qismində verdiyi ifadəsində təqsirləndirilən şəxsin dediklərini təkzib edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyeva 6 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Ali Məhkəmədə də D.Əliyevanın şikayətini təmin etməyib.